Tərkibi:
Un- 350 q
Maya-1, 5 çay qaşığı
"Möcüz" paket yağı- 80 q
Yumurta- 2 ədəd
Süd- 1 stəkan
Şəkər- pudrası- 3 xörək qaşığı
Vanilin- 1 paket
Duz
Hazırlanması:
İlıq südün üzərinə maya və 1 çay qaşığı şəkər tozu əlavə edib qarışdırırıq.
10 dəqiqə gözləyirik. Qaba unu, şəkər pudrasını, duzu və vanilini əlavə edib qarışdırırıq.
Südü və 2 yumurta sarısını əlavə edib qarışdıdırırıq. Və paket yağını əlavə edib xəmir yoğururuq.
2-3 saat dincəltdikdən sonra xəmiri 2-3 hissəyə ayırıb kündələyirik.
Kündəni yayıb şəkildə gördüyünüz kimi yumru-yumru kəsirik. 3 yumru xəmiri üst-üstə qoyub fırladırıq.
Ortadan kəsirik və 2 gül alınır.
Və beləcə bütün güllərimizi düzəldib bişirəcəyimiz qaba yığırıq. Sonra üzərinə qapaq qoyub 45 dəqiqə daha gözləyirik.
Bu zaman ərzində xəmir bir az da şişəcək. 180 dərəcədə 25 dəqiqə bişirmək lazımdır.
Sobadan çıxardıqdan sonra üzərinə şəkər pudrası səpmək olar.
Nuş olsun!