Qadin.NET / Şokoladlı keksler (foto resept)

Şokoladlı keksler (foto resept)

Tərkibi:

250 q.  ələnmiş un

50 ml süd

2 ç/q qabartma tozu

190 q. "Möcüzə" paket yağı

150 q. şəkər tozu

3 ədəd yumurta

Doğranmış badam

Qara şokolad

  Hazırlanması:
150 q. yumuşalmış yağ çalınır. Üzərinə şəkər tozu əlavə edib yaxşıca çalırıq. 

Sonra yumurta əlavə  edib yenə çalırıq. 

Şokoladlı keksler (foto resept)

Unla qabartma tozu qarışdırılır  və əlavə edilib xəmir hazırlanılır.

Şokoladlı keksler (foto resept)

Qabları yağlayıb unlayırıq, hazır xəmiri qablara tökürük. 

Və qabların üstünə perqament kağız sərin ki, bişəndə yanmasın.

Şokoladlı keksler (foto resept)

180 dərəcə qızdırılmış sobada 20 - 25 dəqiqə bişiririk. 

Şokoladlı keksler (foto resept)

İndi isə qlazuru hazırlayın.Yağı və südü  birlikdə isti su üzərində əridin, sonra şokoladı əlavə edib qarışdırırıq.

Və qlazuru keksin üzərinə  çəkin.

Şokoladlı keksler (foto resept)

Və üz hissəni doğranmış badamla bəzəyirik.

Və kekslərimiz hazırdır!

 Şokoladlı keksler (foto resept)

Nuş olsun!

14 may 2015
GO BACK