Qadin.NET / Paxlava (foto resept)

Paxlava (foto resept)

Xəmir:

1 kq un 

2 yumurta  

1 st əridilmiş kərə yağı

3,4 çay q maya  

Bir az  Azərduz yodlu narın xörək duzu,  və şəkər tozu süd nə qədər aparsa

   Əvvəlcə unun ortasına mayanı isladıb əlavə edirik. Üzərinə az duz az şəkər tozu və yumurta əlavə edirik əridilmiş kərə yağını əlavə etdikdən sonra isə xəmiri yoğurmaqa başlayırıq    Südü əlavə edib yenə yoğururuq xəmir orta bərklikdə olmalıdır. Xəmir hazır olduqdan sonra acımağa qoyuruq.Acıdıqdan sonra şəkillərdə göstərildiyi kimi paxlavanı hazırlayırıq.  

Kündələri yayırıq 

 yağlanmış tavaya səririk

 

 

 

Üzərinə əvvəlcədən hazırlanmış şəkər tozu ilə qarışdırılmış qoz əlavə edirik qozun üzərinə az əridilmiş yağ vururuq. Bu minvalla yeddi qat düzəldirik.   

İçlik:  

Qoz 500 q  

Şəkər tozu 500 q

Hil 10 q

Paxlava formasında kəsib ortasına fındıq qoyuruq. və bişməyə qoyanda üzərinə fırça ilə yumurta çəkirik və bişməyə qoyuruq

10 dəqiqə bişdikdən sonra çıxarıb əridilmiş yağ tökürük və yenidən sobaya qoyuruq.

Yenidən 10 dəqiqə bişdikdən sonra çıxarırıq üzərinə əvvəlcədən hazırlanmış şərbəti əlavə edirik və bir azda bişməyə qoyuruq .

Hazır olandan sonra sobadan çıxarıb soyumağa qoyuruq. 3 ,4 saat soyuduqdan sonra paxlava olan tavanı odun üzərində isidirk və üzü aşağı çeviririk paxlava tavadan düşür 

 Nuş olsun

 

15 may 2011
GO BACK