Tərkibi.
4 yumurta
200 qr yağ
yarım litr süd
1 x.q.şəkər tozu
30 qr maya
Azərduz yodlu narın xörək duzu,
lazım olan qədər un
Yaymaq üçün sulu yağ.
sulu yağ
Arası üçün.
cem.
Hazırlanması.
İlk öncə mayanı hazırlayırıq.30 qram maya 1 çay qaşığı şəkər tozu,1 çay qaşığı un və 1 xörək qaşığı süd birlikdə qatışdırılıb isti yerə qoyulur ki,maya acısın.
Budur mayamız hazırdı acıyıb qalxıb.
İndi isə xəmirimizi hazırlayaq.Bunun üçün 3 yumurta yarım litr süd,200qram yağ,duz ,şəkər tozu və mayaya un əlavə edib yumuşaq xəmir yoğururuq.Unu tökərkən az-az tökmək lazımdıki,xəmir bərk olmasın yumuşaq olsun.Xəmiri iki dəfə acıdıdııq.Yəni bir dəfə acıyır 2-ci bir də yoğurub acıdırq.
Sonra kündələrə ayırırıq.Bir az gözlədirik ki,kündəlr qalxsın.
Aşağı hissəsinə cem çəkiririk.Yuxarı hissəni isə bıçaqla əyri kəsirik.
Rulet kimi bükürük.
Bükdükdən sonra isə yumru dolayırıq.
Yağlanmış listə düzüb 30 dəqiqə gözlədirik ki,xəmir bir daha şişsin sonra üzərinə yumurta vurub 180 dərəcədə 25-30 dəqiqə bişiririk.
Budur cemli bulkumuz hazırdı.
Nuş olsun!!!