Tərkibi:
Xəmir üçün:
5 ədəd yumurta
350q kərə yağı
300 q xama
1 ç.q. qabartma tozu
4 st un
İçlik:
2.5 st şəkər tozu
2 st qoz ləpəsi
2 x.q. bal
Hazırlanması:
Əvvəlcə xəmiri youruruq. Bunun üçün unla 300 qramlıq yağı umac edirik və üzərinə 4 ədəd yumurta sarısını, xamanı qatıb xəmir yoğururuq.
Və bir saat ərzində soyuducuda dincəlməyə qoyuruq.
Bir saat sonra xəmirdən 8 kündə ayırırıq.
İndi isə içliyi hazırlayırıq.
Bunun üçün qoz ləpəsini iri şəkildə rəndələyirik. Ağızda hiss edilməsi üçün belə edirik.
Qozun üzərinə 4 ədəd yumurtanın ağını, şəkər tozunu əlavə edib həll edirik.
Hər bir kündəni çoz nazik olmayacaq şəkildə yayırıq.
Hər yayım arasına içlik çəkərək digər kündə ilə üzərini örtürük.
Ən üstdə qalın kündə yayılmalıdı. Paxlava formasında kəsib üzərinə qoz ləpəsini düzürük.
Kənarda qalan bir yumurtanı çalıb üzərinə çəkirik və 200 dərəcədə isidilmiş sobaya 40 dəqiqə ərzində bişməyə qoyuruq.
Geri qalan 50 qramlıq yağ ilə balı qarışdırırıq. Ballı yağı paxlavanın bişməsinə 5-10 dəqiqə qalmış bütün kəsiklər arasına tökürük.
Budur ballı paxlavamız hazırdır.
Unutmayın ki, paxlavanı yalnız soyuduğu halda listdən çıxarmaq olar. Əks halda parçalanar.
Bayram günü süfrələriniz bol-ruzili və bərəkətli olsun, əziz Qadin.Net-lilər!
Nuş olsun!
(tərcümə edilib)