Qadin.NET / Qarağatlı, alma piroqu(foto resept)

Qarağatlı, alma piroqu(foto resept)

Tərkibi:

Xəmir üçün:

2,5 st. un

2 ç.q şəkər tozu

125 q soyuq “Möcüzə” paket yağı

6-8 y.q buzlu su

½ ç.q duz

½ ç.q qabartma tozu

Yumurta sarısı (piroqun üzəri üçün)

İçlik üçün:

700 q alma

100 q qəhvəyi şəkər tozu

1 ç.q darçın

¾ st. qara qarağat

Hazırlanması:

Əvvəlcə xəmiri hazırlayın. Ələnmiş unun üzərinə qabartma tozu, duz və şəkər tozunu əlavə edin. Sonra onun üzərinə kub şəklində doğranmış yağı əlavə edin və qarışdırın. Qarışımın üzərinə 4 yemək qaşığı buzlu su əlavə edib qarışdırın. Ehtiyac olda yerdə qalan suyu da əlavə edin. Xəmiri yumrulayın və qida klokuna bükün. Sonra isə 30 dəqiqə soyuducuda saxlayın.

 

Qarağatlı, alma piroqu(foto resept)

 

Xəmiri soyuducudan götürəndən sonra iki yerə bölün. Hissələrdən biri böyük olsun, digəri isə balaca. Böyük hissəyə dairəvi forma verin və yağlanmış qaba qoyun. Sorna isə onu qabla birlikdə soyuducuya qoyun. Artıq içliyi hazırlaya bilərsiniz.

 

Qarağatlı, alma piroqu(foto resept)

 

Almaları yuyun, qurudun və təmizləyin. Sonra isə orta ölçülü hissələrə kəsin. İstənilən hissələrə kəsə bilərsiniz. Almanın üzərinə qara qarağatı, qəhvəyi şəkər tozunu əlavə edib qarışdırın.

 

Qarağatlı, alma piroqu(foto resept)

 

Hazırlanmış içliyi soyuducuya qoyduğunuz xəmirin üzərinə tökün.

 

Qarağatlı, alma piroqu(foto resept)

 

Kənarda saxladığınız kiçik xəmirdən isə yarpaq formaları kəsin.

 

Qarağatlı, alma piroqu(foto resept)

 

Əslində istədiyiniz formaları kəsə bilərsiniz. Bu artıq sizin öz zövqünüz və bacarığınıza qalmış bir haldır.

 

Qarağatlı, alma piroqu(foto resept)

 

Xəmirdən kəsdiyiniz hissələri içliyin üzərinə düzün və üzərinə yumurta çəkin. Piroq 1800C-də 40-45 dəqiqəyə hazır olur.

 

Qarağatlı, alma piroqu(foto resept)

 

Nuş olsun!

(Tərcümə edilib)

25 fevral 2015
GO BACK