Qadin.NET / Çiyələk souslu blinçik(foto resept)

Çiyələk souslu blinçik(foto resept)

Tərkibi:

3 ədəd yumurta

200 ml xama (10%)

2 y.q “Möcüzə” duru yağı(qarğıdalı)

5-6 y.q buğda unu

0,5 ç.q qabartma tozu

Sous üçün:

100 ml qazlı mineral su

200 ml çiyələk mürəbbəsi və ya mürəbbənin şirəsi

3 y.q təbii quru süd

Hazırlanması:

Yumurtaları köpüklənənədək şəkər tozu ilə çalın. Sonra isə yağı asta-asta əlavə edin və çalın. Bu qarışımın üzərinə xamanı əlavə edib taxta qaşıqla ehmalca qarışdırın. 

Çiyələk souslu blinçik(foto resept)

Unla qabartma tozunu qatın və iki dəfə ələkdən keçirin. Sonra isə onu yumurtalı qarışımın üzərinə əlavə edin. İstəsəniz, üzərinə 3 y.q üyüdülmüş fıstıq da vura bilərsiniz. 

Çiyələk souslu blinçik(foto resept)

Sonra isə qazlı mineral suyu əlavə edin və normal blinçik xəmiri əldə edəndən sonra onları bişirin.   

Çiyələk souslu blinçik(foto resept)

İndi isə sousu hazırlayın. Çiyələk mürəbbəsini blenderdən keçirin. Bunun üçün adi dondurulmuş çiyələkdən də istifadə edə bilərsiniz.

 Çiyələk souslu blinçik(foto resept)

Çiyələk meyvəsinin özündən istifadə edirisnizsə, üzərinə bir qədər də mürəbbəsinin şirəsini əlavə edin. 

Çiyələk souslu blinçik(foto resept)

Blinçiklərin üzərinə sousu əlavə edin və isti-isti servis edin.

Nuş olsun!

(Tərcümə edilib)

23 fevral 2015
GO BACK