Tərkibi:
3 yumurta
1 st. şəkər tozu
1 st. süd
0.5 st. duru yağ
1 ç.q. soda
2 st. un
1 ovuc qoz
1 ədəd portağal
Hazırlanması:
Yumurta ilə şəkər tozu ağarana kimi çırpılır.
Portağalın qabığını ağ hissəsinə keçməmək şərtilə rəndədən keçiririk.Sonra suyunu sıxırıq.
Portağalın suyunu,südü,yağı,sodanı əlavə edib qarışdırırıq.
Unu da əlavə etdikdən sonra,ən sonda qoz və portağalın qabığını əlavə edib qarışdırırıq.
Hazırladığımızın piroq xəmirini yağlanmış qaba töküb 170 dərəcədə 25-30 dəqiqə bişiririk.Sobanın qapağını açmamağa çalışın,əsasən də ilk 20 dəqiqə.
Piroqumuz hazırdır.İstədiyimiz formada kəsib servis edə bilərik.Nuş olsun!
P.S. Bu resepti kakaolu,darçınlı və ya sadə şəkildə də edə bilərsiniz.