Qadin.NET / Portağallı keks (foto resept)

Portağallı keks (foto resept)

Portağallı keks (foto resept)

Tərkibi:

Xəmir üçün:
4 ədəd yumurta
 1 stəkan şəkər tozu
1 stəkan portağal suyu
 2 çay qaşığı portağal qabığı (rəndələnmiş)
 2,5 stəkan un
 2 çay qaşığı qabartma tozu
Şərbət üçün:
1 stəkan portağal suyu
 4/3 stəkan şəkər tozu
 4 çay qaşığı portağal qabığı (rəndələnmiş) 
Hazırlanması:
Portağallı keks (foto resept)
Yumurtaların ağ və sarılarını ayırıb başqa qablarda qoyun.
Portağallı keks (foto resept)
 1 stəkan şəkər tozunu yumurta sarılarına əlavə edib qarışdırın.
Portağallı keks (foto resept)
2 çay qaşığı rəndələnmiş portağal qabığını və 1 stəkan portağal suyunu yumurtalara əlavə edin.
Portağallı keks (foto resept)
 Unu və qabartma tozunu da əlavə edin.
Portağallı keks (foto resept)
 2-3 dəqiqə mikser ilə çırpın.
Portağallı keks (foto resept)
Yumurta ağlarını ağarana qədər mikser ilə yüksək dövrədə çırpın.
Portağallı keks (foto resept)
Ağ rəngdə olan yumurta ağını xəmirə əlavə edin.
Portağallı keks (foto resept)
Yumurta ağlarını əlavə etdikdən sonra qaşıqla qarışdırın (həddindən artıq qarışdıraraq yumurta ağlarını çox söndürməyin).
Portağallı keks (foto resept)
 Qəlibi yağlayıb azca unlayın və hazırladığınız keksi qəlibə boşaldın.
Əvvəlcədən 180 dərəcə isidilmiş  sobada 30 dəqiqə bişirin, bişən keksi soyudun.
Portağallı keks (foto resept)
Şərbət üçün şəkər tozunu bir qazana əlavə edin.
Portağallı keks (foto resept)
1 stəkan portağal suyu və 4 çay qaşığı rəndələnmiş portağal qabığını 5 dəqiqə qaynadın.
Portağallı keks (foto resept)
Şərbəti soyutduğunuz keksin üzərinə yavaş-yavaş tökün, keks soyuq şərbət isti olmalıdır.
Portağallı keks (foto resept)
Dilimləyib süfrəyə verə bilərsiniz.
Nuş olsun.
17 fevral 2015
GO BACK