Qadin.NET / Naxçıvan paxlavası (foto resept)

Naxçıvan paxlavası (foto resept)

 Gec də olsa, sizlərə hazırladığım paxlavanın reseptini təqdim edirəm.

Tərkibi:

Xəmir üçün:

 500 q. un

150. kərə yağı

1 əd.yumurta

1 st. süd

1 çay q. quru maya

yarım çay q. Azərduz yodlu narın xörək duzu,

İç üçün:

600 q.qoz

600q. şəkər tozu

hil, vanil

üzünə çəkmək üçün :

1 yumurtanın sarısı və zəfaran şirəsi

şərbət üçün:

2 st. şəkər tozu

1 st.su

çay q-nın ucunda limon duzu

Hazırlanması:

 Lap iri kündədən yuxa yayırıq, hər tərəfini yağladığımız listin içinə salıb, kənarlarını düzəldirik.

Naxçıvan paxlavası (foto resept)

 

Yuxanı (təxminən 1,5 x.q ərinmiş yağ) yağlayıb, üstünə  iç ( 1 çay fincanı) səpirik.

 

 

Naxçıvan paxlavası (foto resept)

 

İkinci yuxanı açırıq, eyni qaydada davam edirik.

Naxçıvan paxlavası (foto resept)

Beləliklə, bütün yuxalar qurtarandan sonra,axırıncı iri kündəni açıb, üstünə salırıq, alt yuxa ilə birləşdirib,  artıqlarını kəsirik.
 
Naxçıvan paxlavası (foto resept)

Əvvəlcə romb formasını işarələyib, sonra kəsirik. Zəfəran şirəsi qatılmış yumurta sarısını üstünə çəkəndən sonra hər rombun ortasına qoz qoyub basırıq.Naxçıvan paxlavası (foto resept)

Hazır paxlavanı 200 dərəcədə üstü tam qızarana qədər bişirirk.

Naxçıvan paxlavası (foto resept) 

 

Qızarandan sonra sobadan çıxarırıq. Bıçaqla bir də kəsirik ki, tökəcəyimiz şərbət məsamələrdən lap altına  qədər hopsun.(2 st. şəkər tozuna 1 st. su töküb qaynamağa qoyuruq, kəfini yığıb, qaşığın ucunda limon duzu salırıq, oddan götürürük) Şərbəti tökəndən sonra temperaturu 50 dərəcəyə endirib təzədən sobaya qoyuruq. Şirə hopandan sonra sobadan çıxarırıq.

Naxçıvan paxlavası (foto resept)

 

Bir az soyuyandan sonra paxlavanı listdən çıxarırıq.

 

 

Naxçıvan paxlavası (foto resept)

 

 


Artıq paxlavamız hazırdır. Nuş olsun!

16 mart 2012
GO BACK