Tərkibi:
Qat-qat xəmir
1 ədəd yumurta
200 q cem
"Möcüzə" duru yağı
İçlik üçün:
Quru gavalı və ya qoz.
Hazırlanması:
Xəmir yayılır, dairə formasında kəsilir. Ortasına quru gavalı ya da qoz qoyulur.
Şəkildə gördüyünüz kimi ulduz formasında kənarları bükülür.
Ulduz formasının kənarlarından orta hissəyə doğru kəsilir və forma verilir.
Hər tərəfini yumurtalayıb bol yağda, zəif odda qızardırıq. Sonra kağız salfet üzərinə yığırıq ki, bir qədər yağını çəksin.
Tam soyuduqdan sonra ortasına cem qoyulur. Budur, artıq çiçəklərimiz hazırdır.
Nuş olsun!