Qadin.NET / Kəsmikli, kokoslu keks (foto resept)

Kəsmikli, kokoslu keks (foto resept)

Tərkibi:

250 q xama

2 ədəd yumurta

125 q qəhvəyi şəkər tozu (100 q xəmir, 25 q içlik üçün)

80 q "Möcüzə" paket yağı (ev şəraitində yumşalmış)

250 q un

250 q kəsmik

3 x.q rəndələnmiş kokos

2 x.q qabartma tozu

Hazırlanması:

Çırpma teli ilə 2 yumurtanı və qəhvəyi şəkər tozunu çırpırıq və yağı, xamanı onun üzərinə əlavə edirik. Yaxşıca qarışdırırıq. Alınan qarışıma ələnmiş unu və qabartma tozunu əlavə edirik.

Xəmirin bir hissəsini  listə əlavə edirik, yuxarısına xəmirin içliyini tökürük.

İçlik üçün kəsmiyi rəndələnmiş kokosla və qəhvəyi şəkər tozu ilə qarışdırırıq.

Yerdə qalan xəmiri içliyin üzərinə əlavə edirik. Əvvəlcədən 180 dərəcədə isidilmiş sobada bişiririk. Keks qurumuş kimi görünənə qədər bişirmək lazımdır. 

Kəsmikli, kokoslu keks (foto resept)

İsti keksmizin üstünə cem çəkirik (cəmi bir-iki qaşıq tələb olunur) və üstünə rəndələnmiş kokos səpirik.

Kəsmikli, kokoslu keks (foto resept)

Budur, keksimiz hazırdır.
Kəsmikli, kokoslu keks (foto resept)
Nuş olsun!
8 dekabr 2014
GO BACK