Qadin.NET / Xamalı keks(foto resept)

Xamalı keks(foto resept)

Tərkibi:

150 q “Möcüzə” paket yağı

60 q şəkər kirşanı (Mütləq şəkər kirşanı olsun, şəkər tozu ilə əvəz etməyin!)

2 ədəd yumurta ağı

220 q un

Şirə üçün:

300 q xama (200 faizlik)

3 yumurta sarısı

75 q şəkər tozu

40 q qarğıdalı nişastası və ya 20 q kartof nişastası

Vanil özəyi (bitkisi) 

Hazırlanması:

Sobanı yandırın və 2000 C-yə qoyun. Yumşalmış yağın üzərinə şəkər kirşanı əlavə edin. Şəkər kirşanını şəkər tozu ilə əvəz etsəniz, o yağa qarışmayacaq və bizə lazım olan tipdə xəmir əldə etmək olmayacaq.

 

 

Vanil özəyini qəhvə üyüdəndə üyüdün və əlavə edin. Mütləq vanildən istifadə etmək lazımdır. Mağazalarda satılan toz vanilinlərdən istifadə etmək olmaz. Son şəkildə keksin üzərində olandan lazımdır.

 

 

Qaşıq və ya mikserlə alınan məhlulu qarışdırın.

 

 

Sonra üzərinə iki yumurta ağı əlavə edib qarışdırın. Yumurtaların soyuqluğu otaq temperaturunda olmalıdır.

 

 

Unu əlavə edib xəmiri taxta qaşıqla qarışdırın.

 

 

Xəmiri bişirəcəyiniz qaba bərabər miqdarda yayın. 2000C-də 12 dəqiqəyə bişir.

 

 

Tort üçün şirə hazırlayın. Bu normal şirədən bir qədər qatı olacaq. Bunun üçün üyüdülmüş vanil, yumurta sarıları və şəkər tozu mikserdə çalınır. Yumurtanın rəngi bir qədər dəyişənəcən çalın.

 

 

Sonra isə nişastanı əlavə edin və mikserin zəif dərəcəsində çalın.

 

 

Daha sonra xamanı əlavə edin və qarışdırın. Şirə hazır olan kimi qaynar keksin üzərinə tökün.

 

 

Keksi yenidən sobaya qoyun. Sobanın dərəcəsini azaldaraq 1700C edin və bu dərəcədə 40-50 dəqiqə bişirin. Hazır keks şişəcəkdir. Soyuyanda isə şişi yatacaq.

 

Xamalı keksimiz hazırdır.

 

 

Xamalı keks(foto resept)

 

Nuş olsun!

6 dekabr 2014
GO BACK