Qadin.NET / Fıstıqlı, kəsmikli keks (foto resept)

Fıstıqlı, kəsmikli keks (foto resept)

Tərkibi:

Fıstıqlı, kəsmikli keks (foto resept)

100 q anteb fısdığı

150 q "Möcüzə" paket yağı (ev şəraitində yumşalmış)

150 q kəsmik

250 q şəkər tozu

3 yumurta

1 ç.q vanilin

1 ç.q qabartma tozu

1,3 ç.q duz

150 q un

Üzəri üçün:

3 x.q şəkər pudrası

2-3 ç.q limon şirəsi 

Hazırlanması:

Fıstıqlı, kəsmikli keks (foto resept)

Fıstıqlar blenderdə un halına gələnə qədər üyüdülür.

Fıstıqlı, kəsmikli keks (foto resept)

Kəsmik, yağ və şəkər tozu mikserlə qarışdırılıb həll olunur. Üyüdülmüş fıstıqlar da qarışıma əlavə olunur.

Fıstıqlı, kəsmikli keks (foto resept)

Yumurtaları tək-tək qarışıma əlavə edərək mikserlə yaxşı-yaxşı qarışdırırıq. Sonda un, duz, qabartma tozu və vanilini əlavə edib son dəfə qarışdırırıq. Nə bərk, nə də ki, çox yumşaq olmayan bir xəmir əldə edirik. Formalı listimizi yağlayıb 180 dərəcə qızdırılmış sobada 40-45 dəqiqə bişiririk. Qoyulan dəqiqədən artıq da bişə bilər.

Fıstıqlı, kəsmikli keks (foto resept)

Üzərinə nəzərdə tutulan qlazuru hazırlamaq üçün 3 xörək qaşığı şəkər pudrasına 2-3 çay qaşığı limon suyu əlavə edib qarışdırırıq.

Fıstıqlı, kəsmikli keks (foto resept)

Budur, keksimiz hazırdır. Üzərini ürəyiniz necə istəyirsə, elə də bəzəyə bilərsiniz.

 Nuş olsun!

5 dekabr 2014
GO BACK