Tərkibi:
100 q "Möcüzə" paket yağı
2 ədəd yumurtanın sarısı
130 q ələnmiş un
30 q çəkilmiş badam
1 çimdik duz
125 q şəkər tozu
20 ml su
250 q rikotta pendiri
50 q kəsmik
25 q qarğidalı nişastası
2 ədəd yumurta
350 q naringi
1 paket jele
Hazırlanması:
Əvvəlcə xəmiri hazırlayın. Un, şəkər tozu, duz, çəkilmiş badam və yağı qarışdırın, umac kimi olacaq.
İndi isə həmin umacın üstünə iki ədəd yumurtanən sarısını əlavə edin.
Sonra suyu əlavə edib xəmir yoğurun.
Hazırladığımız xəmiri ikiqat yağlı kağız arasında yayırıq. Həm altına sərin, həm də üstünə.
Xəmiri sobada bişirmək üçün yanı hündür, yağlanməş qaba qoyuruq.
İndi isə xəmirin üzəri üçün rikotta pendirini, şəkər tozunu və iki ədəd yumurtanə çalın.
Sonra nişasta və kəsmik əlavə edib mikserlə yaxşıça çalırıq.
Xəmiri əvvəlcə çəngəllə bir neçə yerinən deşin ki, çox köpməsin və çalınmış kütləni çiy xəmirin üzərinə tökürük.
200 dərəcə isidilmiş sobada 30 dəqiqə hazır olana qədər bişiririk. Bişdikdən sonra qoyuruq soyusun. Naringiləri qabığından təmizləyirik və təmizlənmiş naringilərlə bəzəyirik (şəkildəki kimi).
Sonra jele hazırlayırıq, paketin üzərində necə yazılıbsa, elə də edin və hazırlanmış ilıq jelini naringinin üzərinə əlavə edib hamarlayırıq.
Nuş olsun!
(Tərcümə edilib)