Xəmir üçün:
100 q “Möcüzə” kərə yağı
200 q un
10 q kakao (2 ç.q tünd)
1 ədəd yumurta
50 q çəkilmiş badam
50 q şəkər tozu
1 ç.q limon şirəsi
İçlik üçün:
100 q “Möcüzə” kərə yağı
100 q şəkər tozu
2 ədəd yumurta
1 ç.q limon şirəsi
100 q çəkilmiş badam
2 ç.q kakao
4 ədəd eyni ölçülü, bir qədər yumşaq armud
Hazırlanması:
Sobanı 1800C-də isidin. Xəmiri hazırlamaq üçün blenderə un, çəkilmiş badam, şəkər tozu, kakao, soyuq halda parçalara ayrılmış yağı əlavə edin.
Qarışımı xırdalayın. Amma çox qarışdırmayın, çünki qarışım soyuq olmalıdır.
Limon suyu və yumurta əlavə edib qarışdırın.
Xəmir plastilin kimi olmalıdır.
Xəmiri piştaxtada nazik açandan sonra unlanmış və yağlanmış qaba sərin. Qabı bütünlüklə xəmir ilə örtün. Nazik təbəqə halında örtüləcək, şəkildəki kimi. Sonra xəmiri çəngəllə bir neçə yerdən deşin və soyuducuya qoyun. Xəmir soyuducuda ən azı yarım saat qalmalıdır.
Armudların qabığını soyun. İki yerə bölün və hər birini nazik dilimlərə bölün. Şəkildəki kimi bölsəniz, daha gözəl olar. Sonra isə üzərinə limon çəkin ki, qaralmasınlar.
İçlik üçün yağı şəkər tozu ilə qarışdırın. Sonra isə yumurtaları bir-bir əlavə edin və hər yumurtanı əlavə etdikdən sonra da qarışdırın.
Çəkilmiş badamı və limon şirəsini də əlavə edib qarışdırın.
Kakaonu da əlavə edin və ərzaqlar tam qarışana qədər qarışdırın.
Soyuducuya qoyduğunuz xəmiri çıxarın və içliyi onun üzərinə tökün. Onun da üzərindən armudları düzün.
Piroq 1800C-də 40-50 dəqiqəyə bişir. Piroq hər tərəfdən eyni miqdarda şişməlidir. Piroq soyuduqdan sonra süfrəyə verə bilərsiniz.
Nuş olsun!
(Tərcümə edilib)