Qadin.NET / Nanəli keks (foto resept)

Nanəli keks (foto resept)

Nanəli keks (foto resept)
Tərkibi:
Nanə yarpaqları 0,5-1 stəkan
Qatıq 1 stəkan
Yumurta 2 ədəd
"Möcüzə" duru yağı 0,5 stəkan
Un 2 stəkan
Şəkər tozu 1 stəkan
Limon suyu 1 çay qaşığı
Soda 2/3 çay qaşığı (qabartma tozu da istifadə edə bilərsiniz.)
Nanəli keks (foto resept)
Hazırlanması:
Qatıq, duru yağ, yumurta və şəkər tozunu blenderdə qarışdırın.
Nanəli keks (foto resept)
Limon suyu, un və qabartma tozunu da bu qarışığa əlavə edin.
Nanəli keks (foto resept)
Nanənin yarpaqlarını xırda-xırda doğrayıb xəmirə qatın.
Nanəli keks (foto resept)
Sonra alınan nanəli xəmiri formaya tökün və (əgər keks qabınız şəkildəki kimidirsə, 200 dərəcədə 45 dəq, yumurudursa, 1 saata yaxın) bişməyə qoyun.
Nanəli keks (foto resept)
Keksiniz tam soyuyandan sonra onu
doğrayıb üstünə şəkər pudrası və ya şokolad qlazuru tökərək süfrəyə verə bilərsiniz. 
Nanəli keks (foto resept)
Nuş olsun! nyam
19 noyabr 2014
GO BACK