Qadin.NET / Dadlı və ətirli piroq (foto resept)

Dadlı və ətirli piroq (foto resept)

Tərkibi:

2 stəkan yarım un

25 q quru maya

2 ədəd yumurta

100 q şəkər tozu

100 ml isti süd

40 q "Möcüzə" paket yağı

1 ədəd naringinin qabığı

1/2 ç.q darçın

1/2 ç.q rəndələnmiş limon qabığı

1 ç.q rəndələnmiş portağal qabığı

500 ml konserviləşdirilmiş ərik

1 çimdik duz

1 paket vanilin

Hazırlanması:

İlk olaraq xəmir üçün olan bütün ərzaqları qarışdırıb qatı məhlul hazırlayın. Hazırladığımız xəmiri bir qaba qoyuruq və üstü sellofanla örtülü halda isti yerə qoyuruq. 40-45 dəqiqə gözlədirik ki, xəmir acısın.

Dadlı və ətirli piroq (foto resept)

190 dərəcə isidilmiş sobada 25-30 dəqiqə hazır olana qədər bişiririk.

Dadlı və ətirli piroq (foto resept)

Biskvitimiz hazır olduqdan sonra soyumağa qoyuruq.

 Dadlı və ətirli piroq (foto resept)

Bu ərəfədə ərikləri süzgəcə qoyun və diqqət edin ki, şirə təmiz bir qaba axsın (lazım olacaq).

 Dadlı və ətirli piroq (foto resept)

İndi isə həmin ərik şirəsini qaynamağa qoyun və içinə də rəndələnmiş limon qabığını, naringi qabığını və bir az portağal qabığını, sonra üzərinə vanil və darçını da əlavə edin və qaynadın.

Dadlı və ətirli piroq (foto resept)

İsti şirəni piroqun üzərinə gəzdirin və 30 dəqiqə gözləyin ki, piroq nəmlənsin.

Dadlı və ətirli piroq (foto resept)

İndi konservləşdirilmiş ərik dilimləri ilə zövqünüzə uyğun bəzəyə bilərsiniz.

Dadlı və ətirli piroq (foto resept)

Sonda isə meyvələrin üzərinə şəkər kirşani səpin və piroqumuz hazırdır!

[thumb]http://qadin.net/uploads/posts/2014-11/1415895724_d4c46cea171bad8d235542b789c59.jpg[/thumb]

Nuş olsun!

(Tərcümə edilib)

17 noyabr 2014
GO BACK