Xəmir üçün:
100 q qat-qat xəmir
30 q qaysı
30 q qara gavalı
2 x.q. küncüt
1 ədəd yumurta
Hazırlanması:
Əvvəlcə qaysı və gavalını isti suda isladırıq. Yumşalması üçün 20-30 dəqiqə durmalıdır. Sonra xırda-xırda doğrayıb qarışdırırıq.
Xəmirdən bir az kündələr tutun, yayın, uzunsov paxlava formasında kəsin və üzərinə yumurta çəkin.
Rulet kimi bükün, qıraqları açıq da qala bilər. Listi duru yağ ilə yağlayın, ruletləri bir-birinə çox yaxın qoymayın.
Qat-qat xəmirlə hazırlanmış içlikli bükməmiz hazırdır.
Nuş olsun!
(Tərcümə edilib)