Qadin.NET / Kəsmikli, almalı piroq-"Payızın rəngləri"

Kəsmikli, almalı piroq-"Payızın rəngləri"

Tərkibi: 

200 q kəsmik (9 %-lik)

3 ədəd yumurta

200 q şəkər tozu

230 q ələnmiş un

150 q "Möcüzə" paket yağı

2 ç.q qabartma tozu

100 q meyvə quruları

3 ədəd yekə alma

1 x.q "Möcüzə" duru yağı (qabı yağlamaq üçün)

1 x.q şəkər kirşanı

Hazırlanması:

 Yumurta və şəkər tozunu mikserlə köpüklənənədək çalırıq. 

Kəsmikli, almalı piroq-"Payızın rəngləri"

Bu ərəfədə kəsmik əlavə edib yenə çalırıq. 

Kəsmikli, almalı piroq-"Payızın rəngləri"

Mikserlə yaxşıça çalıb yumşaq yağı əlavə edin, yenə də çalın.  

Kəsmikli, almalı piroq-"Payızın rəngləri"

İndi isə unu və qabartma tozunu qarışdırıb əlavə edirik.

Kəsmikli, almalı piroq-"Payızın rəngləri"

Çox ehtiyyala qarışdırın. İndi isə meyvə qurularını əlavə edin.

Kəsmikli, almalı piroq-"Payızın rəngləri"

İndi də almanı soyun və dilimləyin. 

Kəsmikli, almalı piroq-"Payızın rəngləri"

Qabı yağlayıb unlayırıq, hazır xəmiri qaba tökürük. Alma dilimlərini xəmirin üzünə düzün, amma kəsilmiş yerini xəmirə batırın, soyulmuş tərəfi üzdə olsun.

Kəsmikli, almalı piroq-"Payızın rəngləri"

180 dərəcədə isidilmiş sobada 50 dəqiqə bişirin. Piroq hazır olduqdan sonra sobani söndürün, amma sobanı 10 dəqiqə açmayın. Vaxt bitəndə isə piroqu sobadan götürün. Qabdan da çıxardın. Üzərinə şəkər kirşanı ələyin.

Kəsmikli, almalı piroq-"Payızın rəngləri"

Budur, kəsmikli, almalı "Payızın rəngləri" piroqumuz hazırdır!

Bu da iç görüntüsü.
Kəsmikli, almalı piroq-"Payızın rəngləri"

Nuş olsun!

(Tərcümə edilib)

21 sentyabr 2014
GO BACK