Tərkibi:
1 st. un (220 ml)
50 q şəkər tozu
100 ml süd
4 ədəd yumurta
2 ç/q qabartma tozu
1 banka qatılaşdırılmış süd
1 stəkan qoz ləpəsi
50 q üzüm
Hazırlanması:
Əvvəlcə keksi hazırlayaq. Bunun üçün qatlaşdırılmış südün 2/3 hissəsini bir qaba qoyuruq.
Üzərinə yumurta əlavə edirik, yaxşıca çalırıq və üzərinə çala-çala az-az şəkər tozu əlavə edirik. Sonra isə mikseri söndürürük. Qarışımın üzərinə az-az un və qabartma tozu əlavə edib xəmiri qaşıqla aşağıdan-yuxarı doğru ehtiyatla qarışdırırıq. Sonra xəmirin içinə qozun yarısını doğrayıb əlavə edirik. Üzümün isə hamısını əlavə edin.
Dairəvi tort qabına yağlı kağız səririk. Alınan xəmiri formaya töküb 180 dərəcədə qızdırılmış sobada 40 dəqiqə bişiririk. Bu ərəfədə qatlaşdırılmış südü və südü qızdırıb qarışdırırıq.
İsti keksi qabdan çıxartmadan krem çəkib üzərini doğranılmış qozla bəzəyirik.
Hazır keks iki saat otaq havasında qalmalıdır.
Budur, keksimiz hazırdır!
Nuş olsun!
(Tərcümə edilib)