Qadin.NET / Bananlı, şokoladlı keks (foto resept)

Bananlı, şokoladlı keks (foto resept)

Tərkibi:

(18 ədəd üçün)

Bananlı, şokoladlı keks (foto resept)

3 ədəd yetişmiş banan

 3 ədəd yumurta

 150-200 q şəkər tozu

 125 ml əridilmiş "Möcüzə" paket yağı

 320 q un

 1 ç.q vanilin

 1 ç.q qabartma tozu

1/4 ç.q duz

1/2 ç.q soda

 100 q damla şokolad

Hazırlanması: 

İlk olaraq bananları əzin ki, yumşaq olsun. Yumurtanı şəkər tozu ilə çalırıq. Sonra isə üzərinə yağ, əzilmiş bananları və  vanil əlavə edib qarışdırırıq.  

Bananlı, şokoladlı keks (foto resept)

Unun üzərinə soda, qabartma tozunu əlavə edib qarışdırırıq. Sonra unlu qarışımı asta-asta qarışdıraraq yumurtalı qarışıma əlavə edirik. Sonda isə damla  şokoladı əlavə edirik və bir daha qarışdırırıq. 

Bananlı, şokoladlı keks (foto resept)

Xəmiri formalara əlavə edirik, amma formaların bir hissəsini boş saxlayırıq. 

Bananlı, şokoladlı keks (foto resept)

200 dərəcə qızdırılmış sobada 25- 30 dəqiqəyə bişiririk. Budur, bananlı, şokoladlı kekslərimiz hazırdır!

Bananlı, şokoladlı keks (foto resept)

Nuş olsun!

                                                                                                                            (Tərcümə edilib) 

7 sentyabr 2014
GO BACK