Tərkibi:
Xəmir üçün:
100 q qara şokolad
50 q kakao
180 ml təzə dəmlənmiş kofe
200 q ələnmiş un
150 q şəkər tozu
1/2 ç.q soda
90 ml "Möcüzə" qarğıdalı yağı
2 ədəd yumurta
1 ç.q vanilin
Krem üçün:
300 q.ə qaymaq (35 - 40 %-lik)
100 q Şəkər tozu
Hazırlanması:
Əvvəlcə şokoladı bıçaq vasitəsi ilə xırda doğrayın, bir qaba yığın.
Sonra üzərinə kakao tökün və üstünə 180 ml qaynar kofe əlavə edib qarışdırın (şokolad əriyənə qədər).
Bu ərəfədə xəmiri hazırlayaq.
2 ədəd yumurta ilə şəkər tozunu mikserlə köpüklənənədək çalırıq.
Sonra üzərinə duru yağ və vanilin əlavə edin, yenə qarışdırın.
İndi isə ərinmiş şokoladı əlavə edin və qarışdırın.
İndı isə unu və sodanı qarışdırıb əlavə edin.
Qabı yağlayıb unlayırıq, hazır xəmiri qaba tökürük.
180 dərəcədə isidilmiş sobada 30-40 dəqiqə bişməyə qoyuruq.
Biskvitimiz hazır olduqdan sonra soyumağa qoyuruq.
İndi isə keçirik kremin hazırlanmasına.
Qaymağı mikserlə yaxşı çalıb şəkər tozu əlavə edirik.
Biskivitiın orta hissəsini bıçaq vasitəsi ilə kəsirik. Həmin biskvitdən ovuntu edirik.
Mikserlə qarışdırdığımız qaymağı biskvitin üzərinə çəkirik və
hazır piroqu soyuducuya qoyuruq ki, əriməsin.
Nuş olsun!
(Tərcümə edilib)