Tərkibi:
450-600 q gavalı
2 st. yarım ələnmiş un
30 q "Möcüzə" paket yağı (əridilmiş)
30 q duru yağ
1 x.q qabartma tozu
100 q şəkər tozu
1 çimdik duz
1 st. yarım kefir
2 ədəd yumurta
0,5 ç.q darçın
1 paket vanilin
1 ədəd limonun qabığı
1 x.q limon şirəsi
3-4 x.q şəkər kirşanı
Hazırlanması:
Əvvəlcə gavalı yuyulur, tumları çıxarılır, doğranılır(dörd yerə bölünür).
İlk olaraq xəmir üçün lazım olan bütün quru ərzaqları qarışdırırıq. İndi başqa bir qabda yumurta, kefir, rəndələnmiş limon qabığı, limon şirəsi və yağları əlavə edin. Sonra isə mikseri söndürürük. Qarışımın üzərinə az-az un əlavə edirik və xəmiri qaşıqla aşağıdan yuxarıya doğru ehtiyatla qarışdırırıq.
Qabı yağlayıb unlayırıq, hazır xəmiri qaba tökürük. Doğranmiş gavalını xəmirin üzərinə düzün və bir az üzərindən basın. Alınan xəmiri 200 dərəcədə qızdırılmış sobada 30 dəqiqə bişiririk.
Bişdikdən sonra 10 dəqiqə gözləyib sonra qabdan çıxarıb üzərinə şəkər kirşani səpin.
Nuş olsun!
(Tərcümə edilib)