Tərkibi:
120 q "Möcüzə" paket yağı
130 q şəkər tozu
2 ədəd yumurta
100 q qaymaq (10 %-lik)
250 q ələnmiş un
1 ç.q qabartma tozu
1 paket vanilin
Bounty konfetləri
1 çimdik duz
Qatı moruq cemi ya da meyvənin özü
Hazırlanması:
Bounty konfeti şəkildəki kimi doğranılır.
Un, qabartma tozu, vanilin və duz birlikdə qarışdırılır. Başqa bir qabda kərə yağı şəkər tozu ilə birgə çalınır. Yumurta və qaymağı da əlavə edin. Yenə də çalın. İndi hazır qarışdırılmış yağa un qarışığını əlavə edin. Bir az qarışdırın və doğranmış Bounty konfetlərini əlavə edin.
Bir daha yenə ehtiyatla qarışdırın və hazır yağlı formaları yarıyacan dordurun. Sonra xəmirin ortasına bir çay qaşığı qatı cem qoyun.
Və onun da üstünə bir az xəmir əlavə edin ki, cemin üstü örtülsün.
180 dərəcə isidilmiş sobada 20-25 dəqiqə bişməlidir. Hazır olduğunu kibrit çöpü ilə yoxlayın.
Və Bounty mafinlərimiz hazırdır.
Nuş olsun!
(Tərcümə edilib)