Qadin.NET / Vişnəli piroq(foto resept)

Vişnəli piroq(foto resept)

Tərkibi:

Xəmir üçün:

230 q un
50 q şəkər kirşanı
1 y.q xama
100 q "Möcüzə" paket yağı
1 ç.q qabartma tozu

İçlik üçün:

600 q vişnə (dondurulmuş da olar)

1 y.q nişasta

Üzəri üçün:

75 q şokoladlı yağ
60 qovrulmuş, doğranmış badam
60 q un
1\2 ç.q darçın
1 ç.q şəkər kirşanı
1 çimdik duz

Hazırlanması:

İlk olaraq xəmiri yoğurun. Yumşaldılmış yağı şəkər kirşanı ilə qarışdırın (çəngəllə də olar, mikserlə də).

Üzərinə xama əlavə edin və yenidən qarışdırın. Qabartma tozu ilə unu əlavə edərək yumşaq xəmir yoğurun. 

Xəmiri formaya qoyun və əlinizlə bərabər miqdarda yayın. Xəmiri əvvəlcədən oxlovla da açmaq olar.

Sonra isə bir qaşıq nişastanı xəmirin üzərinə səpin. Vişnələri də onun üzərindən tökün. Vişnələri əvvəlcədən soyuducuda bir qədər dondurun ki, artıq şirə verməsin.

Üzəri üçün lazım olan bütün ərzaqları kənarda bir qabda qarışdırın. Əgər şokoladlı yağınız yoxdursa, o zaman hər biri bir çay qaşığı olmaqla şəkər kirşanı və kakaonu qarışdıraraq istifadə edə bilərsiniz.

Ərzaqları qarışdırandan sonra bərabər miqdarda piroqun üzərinə səpin.

Piroqu 180 dərəcə qızdırılmış sobada 40 dəqiqə ərzində bişirin.

Piroq soyuduqdan sonra kəsərək servis edə bilərsiniz.

Nuş olsun!

26 avqust 2014
GO BACK