Qadin.NET / Xamalı şaftalı piroqu (foto resept)

Xamalı şaftalı piroqu (foto resept)

 

Tərkibi:

5 ədəd şaftalı

100 q qoz

475 q un

1 ç.q qabartma tozu

1/2 ç.q soda 

1/2 ç.q duz

200 q "Möcüzə" paket yağı

200 q şəkər tozu + 2 x.q 

3 ədəd yumurta 

300 q xama

75 ml süd

1 paket vanilin

1 ç.q darçın

Hazırlanması:

Şaftalının qabığı soyulur və şəkildəki kimi doğranılır.

Qoz da xırda doğranılır.

 Un, soda, qabartma tozu və duz birlikdə qarışdırılır. Başqa bir qabda kərə yağı şəkər tozu ilə birgə çalınır. Davamlı çalınaraq yumurta və vanil əlavə edilir. Un qarışımının 1/3-i əlavə edilib qarışdırılır. Xamanın yarısı əlavə edilir, yenidən qarışdırılır. Daha sonra növbə ilə un, süd, daha sonra yenidən unun və xamanın qalan hissəsi əlavə edilir.

Xəmirin yarısı soba qabına əlavə edilir, üzərinə şaftalı dilimləri düzülür,  üzərinə 1 x.q şəkər tozu və darçın tökülür.

Sonra isə qalan xəmir şaftalının üzərinə əlavə edilir. Üzərinə qoz və şəkər tozu səpilir.

180 dərəcədə isidilmiş sobada təxminən bir saata qədər bişiririk.

Xamalı şaftalı piroqu (foto resept)

 

Nuş olsun!

(Tərcümə edilib)

31 iyul 2014
GO BACK