Qadin.NET / Dadlı çiyələkli keks (foto resept)

Dadlı çiyələkli keks (foto resept)

Hazırladığımız inqridientlərdən 12 ədəd keks nəzərdə tutulub.

Tərkibi:

Dadlı çiyələkli keks (foto resept)

100 q "Möcüzə" paket yağı

120 q badam unu

75 q adi un

150 q şəkər tozu

3 yumurtanın ağı

1 ç.q vanil

Lazım olan qədər çiyələk

Şəkər pudrası - üzəri üçün

1 ədəd qabartma tozu

Hazırlanması:

Dadlı çiyələkli keks (foto resept)

 Yağı bir qaba əlavə edirik və yumşalana qədər gözləyirik. Əgər tələsik olsa, blenderdə yumşalda bilərsiniz və onu yan tərəfdə gözlədirik. Başqa bir qabda şəkər tozunu və hər iki unu qarışdırırıq. Yumurtanın ağını da kənarda vanil əlavə edərək köpüklənənə qədər qarışdırıb qarışımın üzərinə əlavə edib bir daha qarışdırırıq.

Dadlı çiyələkli keks (foto resept)

Kənarda yumşalmış yağımızı da qarışıma əlavə edib bir-birinə qarışana qədər qarışdırırıq. Xəmir qatı olmalıdır.

Dadlı çiyələkli keks (foto resept)

Rezin şiriniyyat qablarına qarışımı tökdükdən sonra başları təmizlənmiş çiyələkləri kekslərin ortasına qoyuruq.

200 dərəcədə qızdırılmış sobaya qoyub 20 dəqiqə bişiririk.

Dadlı çiyələkli keks (foto resept)

Budur, şiriniyyatımız hazırdır.

Nuş olsun!

3 avqust 2014
GO BACK