Qadin.NET / Kəsmikli, xurmalı toplar (foto resept)

Kəsmikli, xurmalı toplar (foto resept)

Tərkibi: 

250 q kəsmik (5-9%)

1 ədəd yumurta

7-8 x.q şəkər tozu

1 ədəd vanilin

1 çimdik duz

Yarım limonun üzünün sarı yeri

10 q qabartma tozu

 0,5 st şəkər kirşanı

Duru yağ (qızartmaq üçün)

Hazırlanması: 

Ərzaqları qaba qoyub yaxşıca qarışdırırıq. Sonra una vanilin, qabartma tozu əlavə edib qarışığa əlavə edirik.

Kəsmikli, xurmalı toplar (foto resept)

Xəmir yoğururuq. Xəmir nə çox yumşaq, nə də çox bərk olmalıdır.  

Kəsmikli, xurmalı toplar (foto resept)

Sonra xəmirdən balaca kündələr edirik.

Kəsmikli, xurmalı toplar (foto resept)

Əlimizlə xəmiri yayıb içinə qaysı, ya da kəvali, ya da tumsuz xurma qoyuruq.

Kəsmikli, xurmalı toplar (foto resept)

Xəmirin ağzını büküb yumrulayırıq.

Kəsmikli, xurmalı toplar (foto resept)

İçi dolu kürəcikləri qaynar yağda qızardırıq.

 Hazır qızarmış kürəcikləri kağiz dəsmalın üstünə yığın ki, yağı süzülsün, yağlı olmasın.

Kəsmikli, xurmalı toplar (foto resept)
Bu isə iç görünüşüdür.
Kəsmikli, xurmalı toplar (foto resept)

Üzərinə şəkər kirşanə səpib, süfrəyə verə bilərsiniz.

Kəsmikli, xurmalı toplar (foto resept)
Nuş olsun!
15 avqust 2014
GO BACK