Tərkibi:
2 ədəd yumurta
100 q şəkər tozu
1ç.q qabartma tozu
120 q "Möcüzə" paket yağı
350-400 qr un
Üzəri üçün:
100 q şəkər tozu
200 q xama
2 ədəd yumurta
2 x.q un
İçlik:
300 q meyvə
Hazırlanması:
Yumurtanı şəkər tozu ilə çalırıq. Yumşaq yağı doğrayıb üzərinə qatırıq.
Unu ələyib, qabartma tozu ilə qarışdırırıq. Yumşaq xəmir yoğururuq.
Xəmiri sallofana büküb soyuducuya qoyuruq.
Bu ərəfədə üzəri üçün xəmirə lazım olan ərzaqları qarışdırırıq.
Xəmiri soyuducudan götürün. Piroqu bişirəcəyiniz qaba qoyun və əlinizlə onu həmin qaba yayın.
Qabdan kənara çıxan xəmir hissələrini kəsərək ayırın.
Sonra isə meyvələri piroqun üzərinə düzün.
Meyvələrin üzərinə xamalı kremi yayın.
180 dərəcədə qızdırılmış sobada 35 dəqiqə bişirin.
Piroqu bir az soyudun.
Belə piroqu nəinki, moruqdan, həm də digər giləmeyvələrdən də hazırlamaq olar.
Nuş olsun!
(Tərcümə edilib)