Tərkibi:
75 q "Möcüzə" paket yağı
2 ədəd yumurta
220 q buğda unu
10 q qabartma tozu
100 q şəkər kirşanı
180 q acı şokolad
120 q şəkər tozu
50 q kakao
¼ ç.q duz
Hazırlanması:
Yağ ilə şokoladı su hamamında əridin. Yağ əriyənə qədər daim qarışdırın və yağ əridikdən sonra kənara qoyun.
Yumurta ilə şəkər tozunu mikserlə çalın.
Un, duz, qabartma tozu və kakaonu ayrı bir qabda qarışdırın.
Sonra isə şokoladlı qarışımı yumurtalı qarışımın üzərinə əlavə edib qarışdırın. Ərzaqlar tam qarışdıqdan sonra isə unlu qarışımı onun üzərinə əlavə edin və qaşıqla qarışdırın. Xəmiri bu halda da bişirmək olar. Amma üzərinin çatlamasını istəyirsinizsə, o zaman xəmiri 1,5-2 saat soyuducuda saxlayın.
Xəmiri soyuducudan götürəndən sonra ondan yumru formalar düzəldin və həmin formaları şəkər kirşanına batırın.
Pryanikləri listə yığanda bir-birindən aralı qoyun ki, onlar bişəndə şişəcəklər.
180 dərəcə qızdırılmış sobada 15-20 dəqiqəyə bişir. Könlü istəyən pryanikə qoz və ya fındıq da əlavə edə bilər.
Nuş olsun!
(Tərcümə edilib)