Tərkibi:
3 ədəd yumurta
0,5 st. şəkər tozu
4 x.q "Möcüzə" duru yağı
0.5 stəkan xama
2 st. un
2 x.q kakao
0,5 ç.q soda
1 paket vanilin
İçlik:
150 q qoz halvası
Üzəri üçün:
100 q şokolad
2-3 x.q xama
Hazırlanması:
Yumurtaları və şəkər tozunu mikserlə ağarana kimi çalın.
Duru yağı yavaş-yavaş əlavə edib mikserlə çalmağa davam edin.
Soda ilə xamanı bir yerdə qarışdırın və xamanı əlavə edin. Unu, vanilini və kakaonu bir yerdə qarışdırın və xamalı qarışıma əlavə edin. İndi halvanı kiçik hissələrə bölün və xəmirə əlavə edin.
Yağlanmış, unlanmış keks qəlibinə töküb əvvəlcədən isidilmiş 180-200 dərəcəli sobada 25-30 dəqiqə
qabarıb qızarana qədər bişirin.
Bişdikdən sonra 10 dəqiqə gözləyib sonra qabdan çıxarıb üzünü bıçaqla kəsin. Ərinmiş şokoladla xamanı üzərinə tökün və onun da üzərindən kiçik halda doğranmış fındıq ləpəsi və peçenye qarışımı əlavə edin. Halvalı keksimiz hazırdır.
(Tərcümə edilib)