Tərkibi:
250 q "Möcüzə" paket yağı (yumşalmış)
1 st şəkər tozu
2 yumurta
4 st un
Vanil
Qabartma tozu
1 x.q razyana
Üzəri üçün:
Badam
Hazırlanması:
Yumurta, yağ, şəkər tozu və razyananı qarışdırırıq.
Sonra un, qabartma tozu və vanili əlavə edib xəmir yoğururuq.
Xəmiri yayırıq və ayı fiquru ilə kəsirik.
Ayının əllərinə badam qoyuruq. Gözlərini, burnunu və ayaqlarını çöplə deşirik.
15 dəqiqə soyuducuda saxlayırıq, sonra isə 160 dərəcədə bişiririk.
İstəsəniz, gül fiquru ilə də kəsib ortasına fındıq qoya bilərsiniz.
Ayı peçenyesi hazırdır.
Nuş olsun!