Qadin.NET / Küncütlü paxlava (foto resept)

Küncütlü paxlava (foto resept)

Tərkibi:

150 q "Möcüzə" paket yağı (əridilmiş)

1 st süd

2 yumurta (1-nin sarısın üzərinə götrürük )

Yarım ç.q maya

Apardığı qədər un 

İçi üçün:

500 q küncüt

400 q şəkər tozu

Hil

Vanil 

Arasına:

Kərə yağı 

Şərbəti üçün:

1 st şəkər tozu

1 st su 

Üzəri üçün:

Yumurta sarısı

Küncüt 

Hazırlanması:

Ərzaqları əlavə edib xəmiri yoğururuq və mayalanmağa qoyuruq.

Küncütlü paxlava (foto resept)
Küncütlü paxlava (foto resept)

Xəmiri 10 kündəyə bölürük, 2 yekə 8 balaca kündə edirik.

Küncütlü paxlava (foto resept)

Yekə kündənin birini altı üçün yayırıq, birini də üstünə saxlayırıq.

Küncütlü paxlava (foto resept)

Kündəni yağlanmış listin içinə qoyuruq və yağlayırıq.

Küncütlü paxlava (foto resept)

Küncüt, şəkər tozu, vanil və hili qarışdırırıq.

Küncütlü paxlava (foto resept)

Yağlanmış xəmirin üzərinə 3-4 x.q tökürük və yayırıq.

Küncütlü paxlava (foto resept)

Qalan kündələri də bu formada yayıb yağlayırıq və küncüt vururuq.

Ən axrıncı yekə kündənin üzərinə heç nə tökmürük.

Küncütlü paxlava (foto resept)

İstədiymiz formada kəsirik.

Küncütlü paxlava (foto resept)

Üzərinə yumurta sarısı vurub küncüt sərpirik.

Küncütlü paxlava (foto resept)
Küncütlü paxlava (foto resept)

180 dərəcədə bişiririk.

Küncütlü paxlava (foto resept)

Şəkər tozunun üzərinə suyu töküb qaynadırıq.

Küncütlü paxlava (foto resept)

İsti paxlavanın üzərinə iliq şərbəti tökürük.

Küncütlü paxlavamız hazırdır.

Küncütlü paxlava (foto resept)
Küncütlü paxlava (foto resept)

Nuş olsun!

24 iyun 2014
GO BACK