Qadin.NET / Yoqurtlu maffini (foto resept)

Yoqurtlu maffini (foto resept)

Tərkibi:

(16 ədəd üçün)

350 q çiyələk yoqurdu (digər giləmeyvə yoqurdu olsa da, olar.)

2 ədəd yumurta

150 q şəkər tozu

 150 q "Möcüzə" paket yağı

420 q un

1 ç.q qabartma tozu

1/4 ç.q soda

Hazırlanması: 

Yoqurtlu maffini (foto resept)

  Yumurtanı əvvəlcə şəkər tozu ilə çalırıq. Sonra isə üzərinə yağ və yoqurtu əlavə edib qarışdırırıq. 

Yoqurtlu maffini (foto resept)

 Unun üzərinə sodanı, qabartma tozunu əlavə edib qarışdırırıq. Sonra unlu qarışımı asta-asta qarışdıraraq yumurtalı qarışıma əlavə edirik.  

Yoqurtlu maffini (foto resept)

Xəmiri formalara əlavə edirik, amma formaların üçdə bir hissəsini boş saxlayırıq. 

Yoqurtlu maffini (foto resept)

 Maffiniləri 200 dərəcə qızdırılmış sobada 25 dəqiqəyə bişiririk. Sobadan çıxaranda isə üzərinə şəkər kirşanı əlavə edirik. 

Yoqurtlu maffini (foto resept)

Nuş olsun!

                                                                                                                            (Tərcümə edilib) 

29 iyun 2014
GO BACK