Qadin.NET / Çiyələkli piroq (foto resept)

Çiyələkli piroq (foto resept)

Tərkibi:

Xəmir üçün:

200 q un

115 q soyuq "Wellington" kərə yağı

1/4  ç/q duz

Bir çimdik şəkər tozu

2 x/q soyuq su

 

 Krem üçün:

3 böyük yumurtanın sarısı

60 q şəkər tozu

40 q un

250 ml süd

50 q "Wellington" kərə yağı   

1 ç/q vanil essensiyası

 40 q ağ şokolad

 

Üzəri üçün:

400 q çiyələk

1 paket zövqə görə jele (sadəsi olsa yaxşı olar)

Hazırlanması: 

 Əvvəlcə xəmir üçün lazım olan ərzaqları qarışdırıb xəmir yoğurun. Xəmiri çox yoğurmayın ki, yağ əriməsin. Sonra onu qida sellofanına büküb 30-40 dəqiqəlik soyuducuya qoyun.

Çiyələkli piroq (foto resept)

Sonra isə kremi hazırlayın. Yumurta sarıları ilə şəkər tozunu ağarana qədər çırpın. Üzərinə un əlavə edərək yenidən çırpın. Südü qaynadın. Qaynar südü yumurtalı qarışıma asta-asta qarışdıraraq əlavə edin. Sonra isə onu orta odlu qaza qoyun. Krem şəkildəki qatılığa gələnəcən çırpma teli ilə dayanmadan qarışdırın.

Çiyələkli piroq (foto resept)
Kremi qazdan götürəndən sonra kərə yağını kub şəklində doğrayaraq bir-bir onun içinə əlavə edin. Hər dənəsini əlavə etdikdən sonra yaxşıca qarışdırın. Sonra isə duru vanil, şokoladı əlavə edərək qarışdırın.  Sonra qabın üzərini qida sellofanı ilə örtün və soyuducuya qoyun. 
Çiyələkli piroq (foto resept)

Xəmiri soyuducudan götürün. Piroqu bişirəcəyiniz qaba qoyun və əlinizlə onu həmin qaba yayın. Qabdan kənara çıxan xəmir hissələrini kəsərək ayırın.

 Çiyələkli piroq (foto resept)

Sonra isə xəmirin üzərinə folqa qoyun. Folqanın da üzərindən ya lobya, ya noxud, ya da düyü qoyun. 

Çiyələkli piroq (foto resept)

180 dərəcəli sobada 10 dəqiqə bişirin. Sonra sobadan götürün və üzərinə qoyduğunuz folqanı üzərindəki ilə birlikdə xəmirdən ayırın. Bundan sonra xəmiri yenidən sobaya qoyun və yenə 10 dəqiqə bişirin. Sonra isə sobadan çıxardın və qoyun soyusun. 

Çiyələkləri şəkildəki kimi 4 hissəyə ayırın. 

Çiyələkli piroq (foto resept)

Xəmirin üzərinə kremi bərabər olmaqla yayın. 

Çiyələkli piroq (foto resept)

Sonra isə çiyələkləri piroqun üzərinə düzüb jele əlavə edin. Piroq süfrəyə verilməzdən bir neçə saat əvvəl soyuducuda qalsa, daha yaxşı olar. 

Çiyələkli piroq (foto resept)

Nuş olsun!

7 iyun 2014
GO BACK