Tərkibi:
4 ədəd yumurta
1 st. şəkər tozu
1 armudu st. duru yağ
1 armudu st. süd
1 armudu st. qoz (çəkilmiş)
2 x.q kakao
Qabartma tozu - 1 paket
Vanil
5-6 x.q un
Qaysı (doğranmış)
Kremi üçün:
3 st. süd
1 st. şəkər tozu
3 x.q un
1 x.q nişasta
Vanil
1 ədəd krem şanti
1 st. süd
Üzəri üçün:
1 paket şokolad sousu
1.5 st süd
İslatmaq üçün:
1 st. süd
Hazırlanması:
Yumurtanı və şəkər tozunu mikserlə ağarana kimi çalırıq.
İçinə duru yağ və südü əlavə edib yenidən mikserlə çalırıq.
Çəkilmiş qoz, vanil, qabartma, kakao, un və doğanmış qaysını əlavə edib qarışdırırıq.
Alınmış məhlulu yağlanmış dördkünc şüşə qabın içinə tökürük.
180 dərəcədə bişiririk və soyumağa qoyuruq.
Kremi üçün ərzaqları qaba töküb bişiririk.
1 ədəd krem şantini 1 st südlə çalırıq.
Krem soyuduqdan sonra şantini kremə əlavə edib çalırıq.
Keksi 1 st südlə isladırıq.
Kremi keksin üzərinə çəkirik.
Ən sonda şokolad sousunun üzərinə südü əlavə edib bişiririk.
Üzərini kokosla bəzəyə bilərsiniz.
Şokolad souslu kremli keksimiz hazırdır.
Nuş olsun!