Qadin.NET / Kəsmikli-gavalılı piroq (foto resept)

Kəsmikli-gavalılı piroq (foto resept)

Tərkibi: 
200 q kəsmik (5-9%)
150 q şəkər tozu
150 q "Wellington" kərə yağı
3 ədəd yumurta
1 ədəd portağal
200 q qara gavalı
150 q un
2 ç.q qabartma tozu
Hazırlanması:
Portağalın sarı qabığını rəndələyirik.
İçinin şirəsini də sıxıb saxlayırıq. 
Qara gavalını əvvəlcə isti suya qoyuruq ki, yumşalsın. Sonra xırda doğrayırıq.
Kərə yağını şəkər tozu ilə yaxşıca qarışdırırıq.
Yumurta əlavə edirik və portağal şirəsini əlavə edib qarışdırırıq. Portağalın qabığını əlavə edirik, yenidən qarışdırırıq və gavalını əlavə edirik. Sonra kəsmiyi də töküb qarışdırırıq. Sonra isə unla qabartma tozunu birlikdə bu qarışığa əlavə edirik.
 
İndi hazir xəmiri əvvəlcə yağlanmış 26 diametirli qaba tökürük. Əvvəlcədən isidilmiş 180 dərəcəli sobada 30-35 dəqiqə bişiririk.
Kəsmikli-gavalılı piroq (foto resept)
Nuş olsun!
(Tərcümə edilib)
11 iyun 2014
GO BACK