Tərkibi:
Xəmir üçün:
200 qram un
100 qram "Wellington" kərə yağı
50 qram şəkər tozu
5 x/q qəhvə
1 çay qaşığı qabartma tozu
Üzəri üçün:
3 x/q un
5 x/q şəkər tozu
30 ml qəhvə
200 qram xama (20% yağlı)
100 qram pendir
İçlik üçün:
300 qram giləmeyvə
Hazırlanması:
Xəmir üçün ilk əvvəl qəhvəni dəmləyib, soyuduruq.
Yumşaldılmış kərə yağını, şəkər tozunu və soyumuş qəhvəni qarışdırırııq.
Un və qabartma tozunu da əlavə edirik.
Xəmir yoğururuq.
Yayılmış xəmiri diametri 20 sm olan formalı yumru qabın içərisinə səririk.
Xəmirlə birgə qabı 10 dəqiqəlik soyuducuya qoyuruq.
İçlik üçün isə giləmeyvələri yuyub quruduruq.
Soyuducudan xəmiri çıxarırıq, üzərini çəngəllə deşirik.
Dilimlənərək süfrəyə təqdim olunur.
Nuş olsun!
(Tərcümə olunub)