Tərkibi:
Yumurta - 5 ədəd
Şəkər tozu - 1 stəkan
Xama - 1 stəkan
Kəsmik - 550 q
Un - 1 stəkan
Soda - 0,5 ç.q
"Wellington" kərə yağı - 50 q
Manna yarması - 1 x.q
Albalı və ya istənilən meyvə ola bilər
Hazırlanması:
İlk növbədə 2 ədəd yumurtanı yarım stəkan şəkərlə ağarana qədər çalırıq.
Daha sonra üzərinə xama, soda, kərə yağını və unu əlavə edib qaşıqla yaxşıca qarışdırırıq.
İçliyi hazırlayırıq. Bunun üçün 3 ədəd yumurta, kəsmiyi və manna yarmasını qatıb mikserlə çalırıq.
Listin içini yağlayırıq və ilk növbədə hazırladığımız xəmiri tökürük və onun ortasına kəsmikli içliyi tökürük.
Sonra ortasına albalıları düzürük və ilk olaraq soyuq sobanın içinə qoyuruq.
Sonra sobanı 180 dərəcəyə gətirib 30-40 dəq bişiririk.
Piroqumuz hazırdır.
Nuş olsun!