390 qr un
1 ədəd yumurta
100 qr şəkər
1 ç.q. vanil
0,5 ç.q. xəmir qabardıcı
200 qr xama
3 ədəd yumurta
150 qr şəkər
250 qr çiyələk
50 qr badam və ya fındıq
1 ç.q. vanil
1.Xəmiri yoğurmaq üçün yumşalmış kərə yağı ilə şəkəri çırpılır,üzərinə yumurta,xəmir qabardıcı,vanil və un əlavə edib qarışdırılır.
Xəmirin qulaq ucu kimi yumşaq olması lazımdır ki,sonradan ona forma vermək mümkün olsun.
2.Xəmiri bişirəcəyəniz duxovka listinə qoyun.Yaxşı olar ki,yapışmaması üçün teflon qab olsun.Bu olmasa,altını yaxşıca yağlayın.
Xəmirə istədiyiniz formanı verdikdən sonra onu 15 dəqiqəlik soyuducuya qoyun.
3.Xama yumurtalarla qarışdırılır,şəkər,vanil əlavə olunur.Yarıya bölünmüş çiyələkləri xəmirin üzərinə düzün.Hazırladığınız xamalı qarışımı üzərinə tökün.doğranmış badam və ya fındıqla bəzəyin.200 dərəcə temperaturda 30 dəqiqə bişirilir.
Belə piroqu nəinki, çiyələklə,həm də digər giləmeyvələrlə,məsələn qarağatla da bişirmək olar.
Nuş olsun!