Tərkibi:
Xəmir üçün:
2 ədəd yumurta
1 armudu st. sulu qatıq
1 st. "Zeytun Bağları" zeytun yağı
Yarım st. su
1 x.q. sirkə
1 az duz
Yarım paket qabarta tozu
Apardığı qədər un
Yaymaq üçün:
1 st. nişasta
1.st un
İçi üçün:
Çəkilmiş qoz, fındıq, badam
Şəkər tozu
Hil
Vanil
Muskat qozu
Üzəri üçün:
250 qr "Wellington" kərə yağı (əridilmiş)
1 st. duru yağ
Şərbəti üçün:
2 st. şəkər tozu
2 st. su
Yarım limon
Üzərinə:
Yaşıl fıstıq və ya yaşıl kokos
Hazırlanması:
Ərzaqları əlavə edib yumşaq xəmir yoğururuq.
20 kündəyə bölüb 2 saat mayalanmağa qoyuruq, üzərini hava keçirməyən streçlə bağlayırıq.
Nişasta və unu qarışdırırıq, kündənin üzərinə töküb yayırıq, 2 kündəni belə edirik, sonra üst-üstə qoyub yayırıq.
Və ortadan 2 yerə bölürük, üzərinə ləpədən tökürük, oxlova dolayırıq.
Doladıqdan sonra hər iki tərəfdən ortaya doğru sıxılaraq gözəl bir burma forma alınır.
Sonra onu oxlovdan çıxardırıq və qıraqlarını birləşdiririk.
Hamısını bu formada edib listə yığırıq, üzərinə kərə yağı və duru yağı əlavə edirik.
Sobada 180 dərəcədə bişiririk.
Şərbəti əvvəldən hazırlayırıq. Bişdikdən sonra yağını süzürük.
İsti bülbül yuvasının üzərinə soyuq şərbəti tökürük. Və üzərinə kokos və ya yaşıl fıstığı tökürük.
Bülbül yuvası paxlavamız hazırdır.
Nuş olsun!