Tərkibi:
450 q un
7 q maya
75 q şəkər tozu
50 q bal
200-220 ml süd
50 q "Wellington" yumşalmış kərə yağı
1 ədəd yumurta
Bir az duz
Arası üçün:
Şokolad yağı
Hazırlanması:
Ərzaqların hamısını qarışdırıb yumşaq xəmir yoğururuq və mayalanmağa qoyuruq.
Mayalandıqdan sonra yayırıq.
Üzərinə şokolad yağı çəkirik.
Kvadrat formasında qatlayırıq.
Yenidən yayırıq və yenidən bu formada qatlayırıq.
Yenidən yayırıq və nazik formada kəsirik, kəsilən xəmirləri bururuq və listə yığırıq.
200-220 dərəcədə bişiririk.
Çubuqlarmız hazırdır.
Nuş olsun.