Qadin.NET / Bəkməzli şirniyyat (foto resept)

Bəkməzli şirniyyat (foto resept)

Tərkibi:

Xəmir üçün:

1 kilo manna yarması

1 stəkan şəkər

 Yarım stəkan su

1 paket vanil

1 paket qabartma tozu

1 çay qaşığı soda

1 kasa yerfındığı

Şərbəti üçün

6 stəkan şəkər

4 stəkan su

Yarım limonun suyu

Qabı islatmaq üçün:

Yarım stəkan bəkməz

Hazırlanması:

Qaba manna yarmasını boşaldırıq.

Bəkməzli şirniyyat (foto resept)

İçinə 1 stəkan toz şəkər, 1 paket vanil, 1 paket qabartma tozu, 1 çay qaşığı soda, yarım stəkan su əlavə edib yoğurmağa başlayırıq.

Bəkməzli şirniyyat (foto resept)
Bəkməzli şirniyyat (foto resept)
Bəkməzli şirniyyat (foto resept)

Xəmir olana qədər yoğurmalıyıq, ancaq çox yoğurmalıyıq, ən incə məqamı da budur. Şəkər içində yaxşıca ərisin ki, şirniyyatı kəsərkən qırılmasın. Yarım çay stəkanı bəkməzin içinə bəkməzin yarısı qədər su əlavə edib qarışdırırıq.

Bəkməzli şirniyyat (foto resept)
Bəkməzli şirniyyat (foto resept)

Şirniyyat bişirəcəyimiz qabı bəkməzli suyla bolluca isladırıq.

Bəkməzli şirniyyat (foto resept)

Yaxşıca yoğurduğumuz manna yarmamızı qabın ortasına qoyuruq.

Bəkməzli şirniyyat (foto resept)

Əlimizi qalan bəkməzli suyla isladıb xəmirimizi qaba yayırıq.

Bəkməzli şirniyyat (foto resept)

Şirniyyatı yalnız uzununa kəsirik. Soyub ortadan böldüyümüz yerfındığını nizamlı bir şəkildə üzərinə düzürük.

Bəkməzli şirniyyat (foto resept)
Bəkməzli şirniyyat (foto resept)

200 dərəcəyə isidilmiş sobada yaxşıca qızardırıq.

Bəkməzli şirniyyat (foto resept)

Şirniyyat qızararkən şərbətimizi də bişiririk. Qazanımızda şəkər tozunu və suyu yaxşıca qaynadıb şərbətimiz qaynayana yaxın yarım limon suyunu əlavə edib ilıq olmasını gözləyirik.

Bəkməzli şirniyyat (foto resept)

Şirniyyatın üzərinə şərbətini tökürük.

Bəkməzli şirniyyat (foto resept)

Bir müddət şərbəti özünə çəkməsini gözləyirik. Bir az yumşalınca çox iti bir bıçaqla uzununa kəsdiyimiz izlərindən təkrar kəsirik. Şirniyyat soyuduqdan sonra istədiyimiz uzunluqda kəsirik.

Bəkməzli şirniyyat (foto resept)
Bəkməzli şirniyyat (foto resept)
Bəkməzli şirniyyat (foto resept)

Nuş olsun.  

2 aprel 2014
GO BACK