Qadin.NET / "Kala" bulkası (foto resept)

"Kala" bulkası (foto resept)

Tərkibi:

İstədiyiniz hər hansı bulka xəmirindən istifadə edə bilərsiniz.

İçliyi üçün:

Alma

Cem

Yarım çay qaşığı darçın

1 çay qaşığı şəkər tozu

Üzəri üçün:

Yumurta

Fıstıq

Hazırlanması:

Əvvəlcə almanı soyub, içərisini tumlarını təmizləyərək oyursunuz, çalışın ki, alma zədələnməsin."Kala" bulkası (foto resept)

Sonra almanı nazik dilimlərə yumru halqa formasında doğrayıb, darçın və şəkər tozu ilə qarışdırıb 10-15 dəqiqə saxlayın.

"Kala" bulkası (foto resept)

Götürdüyünüz xəmiri çox da nazik olmamaq şərtilə lavaş yayırsınız, sonra stəkanın ağzı ilə kəsirsiniz, üçünü azca üst-üstə çıxmaq şərtilə şəkildəki kimi qoyursunuz.

"Kala" bulkası (foto resept)

Tən ortaya almanın bir dilimini qoyursunuz.

"Kala" bulkası (foto resept)

Almanın tən ortasına isə azca cem qoyursunuz.

"Kala" bulkası (foto resept)

Üzərinə yenidən üç dənə lavaş qoyub, kənarlarını çəngəl ilə basaraq bütün qıraqlarını bəzəyirik.

"Kala" bulkası (foto resept)

Sonra tərsinə çeviririk, bəzəklər alta düşməlidir. Üç tərəfini tutaraq tən ortada bitişdiririk.

"Kala" bulkası (foto resept)

Onların da qıraqlarını şəkildəki kimi birləşdiririk.

"Kala" bulkası (foto resept)

Ləçəklərini açaraq kala formasına salırıq.

"Kala" bulkası (foto resept)

Tən ortasına bir dənə fıstıq qoyuruq.

"Kala" bulkası (foto resept)

Üzərinə fırça ilə yumurta çəkirik.

"Kala" bulkası (foto resept)

Və bişməyə qoyuruq.

"Kala" bulkası (foto resept)

Budur, bulkamız hazırdır.

"Kala" bulkası (foto resept)

Nuş olsun!

11 aprel 2014
GO BACK