Tərkibi:
3 ədəd yumurta
3 x.q. qatıq
3 x.q. duru yağ
3 x.q. sirkə
3 x.q. kakao
Aparana kimi un
İçi üçün:
300 q qoz
1 st. damla şokolad
Hil
Vanil
Yaymaq üçün:
1 st kakao
1 st qarğıdalı nişastası
Arasına vurmaq üçün:
"Best Cow" kərə yağı
Şərbəti üçün:
3 st şəkər tozu
3 st.su
3-4 damcı limon suyu
Hazırlanması:
Əvvəla undan başqa ərzaqları qarışdırırıq, sonra undan az-az tökərək xəmir yoğururuq, yarım saat saxlayırıq.
Sonra 15 kündəyə bölürük.
Kündənin üçünü paxlavanın üzəri üçün götürürük.
Nişasta və kakao qarşığından töküb yayırıq və listə qoyuruq, 2-ci kündəni də yayırıq və yağlayırıq.
3-4-cü kündələri yayırıq, 4-cü dən sonra qoz ləpəsi və damla şokoladı tökürük, o biri kündələri də bu formada edirik, ən sonda 3 kündəni yayıb üst-üstə qoyuruq.
Qalan yağı üzərinə tökürük istənilən formada kəsirik.
180 dərəcəlik sobada bişiririk.
Şərbətini əvvəlcədən qaynadırıq, soyumağa qoyuruq.
Sobadan çıxan isti paxlavanın üzərinə soyuq şərbəti tökürük.
Damla şokoladlı türk paxlavamız hazırdır.