Qadin.NET / Zolaqlı badambura (foto resept)

Zolaqlı badambura (foto resept)

Tərkibi:

7 st un

250 q "Best Cow"  kərə yağı (əridilmiş)

3 ədəd yumurta

0.5 ç.q. maya

Vanil

3-4 x.q kakao

Aparana qədər süd

İçi üçün:

Badam

Şəkər tozu

Vanil

Hil

Arası üçün:

"Best Cow" kərə yağı (əridilmiş)

Hazırlanması:

Xəmiri yoğururuq, mayalanmağa qoyuruq.

Zolaqlı badambura (foto resept)

Mayalandıqdan sonra kündələrə bölürük.

Zolaqlı badambura (foto resept)

Un töküb xəmiri yayırıq və taxtanın üzərinə səririk, qıraqlarından tutub genişləndiririk. Üzərini yağlayırıq, qalan kündələri də bu formada edirik.

Zolaqlı badambura (foto resept)

Zolaqlı badambura (foto resept)

Zolaqlı badambura (foto resept)

Mən sadə badambura xəmiri də yoğurdum, kakaolu və sadə xəmirin hərəsindən bir-bir yayıb yağladım.

Əvvəl qıraqlarını kəsirik, sonra rulet formasında edib 2 barmaq qalınlığında kəsmək lazımdır.

Zolaqlı badambura (foto resept)

İçlik üçün badam, şəkər tozu, hil və vanili qarışdırın.

Zolaqlı badambura (foto resept)

Kəsilən xəmirin içinə bu formada ləpəni töküb ağzını bağlayırıq və uzunsov forma veririk.

Zolaqlı badambura (foto resept)

Zolaqlı badambura (foto resept)

Zolaqlı badambura (foto resept)

Zolaqlı badambura (foto resept)

Öncədən qızdırılmış 150 dərəcəlik sobada bişiririk.

Zolaqlı badambura (foto resept)

Zolaqlı badambura (foto resept)

Sadə, kakaolu və zolaqlı badamburamız hazırdır.

Zolaqlı badambura (foto resept)

Zolaqlı badambura (foto resept)

Zolaqlı badambura (foto resept)

Nuş olsun!

16 mart 2019
GO BACK