Qadin.NET / Ovuntulu kətə (foto resept)

Ovuntulu kətə (foto resept)

Tərkibi:

Xəmiri üçün:

2 ədəd yumurta

1 stəkan süd

1 stəkan qatıq

1 stəkan şəkər tozu

1 stəkan duru yağ

1 paket qabartma tozu

Apardığı qədər un

İçlik üçün:

1 ədəd yumurta

1 stəkan ərinmiş "Best Cow" kərə yağı 

1.5-2 stəkan şəkər tozu

Vanil

Apardığı qədər un

Hazırlanması:

Əvvəlcə xəmir üçün bütün ərzaqları bir qaba əlavə edirik.

Ovuntulu kətə (foto resept)

Hamısını qarışdırıb və apardığı qədər un əlavə edirik, yumşaq xəmir yoğururuq.

Ovuntulu kətə (foto resept)

Xəmiri kündələrə ayrırıq və dincəlməyə qoyuruq.

Ovuntulu kətə (foto resept)
Bu zaman ərzində içlik üçün yumurta, yağ və şəkər tozunu ağaranacan çalırıq və un ilə vanili əlavə edib ovuntu halına salırıq. Amma ovuntunu çox quru etmək olmaz, əks halda bişirəndə bərkiməz. Ovuntunu ovcumuzun içində sıxırıq, dağılmasa demək hazırdır.
Ovuntulu kətə (foto resept)

Kündələrdən dördkünc nazik lavaş yayırıq, çox un vurmadan üzərini yağlayırıq.

Ovuntulu kətə (foto resept)

Ovuntunu səpirik və üstündən əlimizlə yüngülcə basırıq.

Ovuntulu kətə (foto resept)

Yumurlayıb rulet halına salırıq və kənarı formalı bıçaqla 2 barmaq enində kəsirik.

Ovuntulu kətə (foto resept)

Bişirəcəyimiz tavaya düzüb üzərinə yumurta vururuq.

Ovuntulu kətə (foto resept)

180-200 dərəcədə bişiririk.

Ovuntulu kətə (foto resept)

Nuş olsun!

19 mart 2016
GO BACK