Qadin.NET / Üç qat keks (foto resept)

Üç qat keks (foto resept)

Tərkibi:

4 ədəd yumurta

150 qr şəkər tozu

150 qr "Wellington" kərə yağı

100-150 qr qoz ləpəsi

30 qr xaş-xaş

50 qr damla şokolad

1 paket qabartma tozu

250-300 qr un

Hazırlanması:

Şəkər tozu yumşaq yağla mikserdə çalınır, üzərinə yumurta əlavə edilərək bir daha çalınır. Un, qabartma tozu əlavə edilərək qarışdırılır.

Üç qat keks (foto resept)
Üç hissəyə ayırıb birinə xaş-xaş, ikincisinə xırdalanmış qoz ləpəsi, üçüncüsünə damla şokolad əlavə edərək ehmalca qarışdırırıq.
Üç qat keks (foto resept)
Forma yağlanır, birinci qata qoz ləpəsi olan hissə yayılır.
Üç qat keks (foto resept)
İkinci qata damla şokaladlı hissə yayılır.
Üç qat keks (foto resept)

Üçüncü qata xaş-xaşlı hissə yayılıb 160-180 dərəcədə hazır olana qədər sobada bişirilir.

Üç qat keks (foto resept)

Üç qat keksimiz hazırdır .

Üç qat keks (foto resept)

Nuş olsun!

 

                                                                                                                            (Tərcümə edilib)

20 fevral 2014
GO BACK