Tərkibi:
2 ədəd yumurta
0.5 st şəkər tozu
1 ç/q mixək
1 ç/q soda
1 st qatıq
250 qram "Wellington" kərə yağı
Un (aparana qədər)
İçlik üçün:
Cem
Üzəri üçün:
Yumurta və küncüt
Hazırlanması:
Xəmiri üçün olan bütün ərzaqların hamısını bir qaba tökürük.
Həmin xəmirdən ovcumuzun içi boyda kündələr edirik.
Həmin kündələri adi peraşki kimi yayırıq.
Cem ilə hər kündənin içlikdən orta hissəsinə bir çay qaşığı qoyuruq.
Ağız hissəsini bərk bağlayırıq ki, cem kənarlara çıxmasın.
Bükülən hissəsin aşağı tərəfə qoyuruq.
Üzərinə yumurtanı çalıb və çəngəlin arxa tərəfini batırıb üzərinə uzunsov zolaqlar çəkirik.
Sonda küncütlə uzunsov şəkildə tən ortasından bəzək vururuq.
Sobada 150 dərəcəli istilikdə bişiririk.
Mixəkli, cemli kökəmiz hazırdır.
Nuş olsun!
P.S. Bu kökələr həm rahat, həm də tez başa gəlir. Burada sadəcə önəmli olan ədviyyat, yəni mixəkdir. İçini cemli sevməyənlər başqa içlikdən istifadə edə bilərlər.